şənbə 10 may 2025 - 17:43
Tarixdə harada olduğunun fərqindəsənmi? Demə ki, oturub İmam Zamanın (ə.f) gəlməsini gözləyirəm!

Hövzə/Ayətullah Hairi Şirazinin vurğuladığına görə, İmamın zühurunu gözləmək əməl və hazırlıqla birlikdə olmalıdır, hərəkətin təxirə salınması ilə deyil. İndi qalxıb vəzifələrimizi yerinə yetirməyin zamanıdır ki, fürsətlər əldən getməsin.

Hövzə xəbər agentliyinin məlumatına görə, İmamın zühurunu gözləmək aktiv əmək, hazırlıq və mövcud fürsətlərdən istifadə ilə yanaşı olmalıdır ki, bu da onun reallaşması üçün əlverişli şərait yaratsın.

Ayətullah Hairi Şirazi:

Tatixdə harada olduğunun fərqindəsənmi ? Günəşin doğması yaxındır, hər kəs ayağa qalxmaq istəyirsə, indi qalxmalıdır!

"Diqqətini cəmlə, gözlərini aç! Günəş doğmazdan əvvəl namazını qıl!"

"Demə ki, oturub İmam Zamanın (ə.f) gəlməsini gözləyirəm!"

"Bu, birinə səhər namazını qılmağı dedikdə, 'otururam, günəş doğsun, sonra namazımı qılacağam' deməyə bənzəyir! O zaman artıq namaz vaxtı keçmiş olacaq!"

"Bəziləri isə deyir: 'Oturaq, İmam Zaman gəldiyi zaman silah alarıq, həmin vaxt özümüzü hazır edərik; o zaman cihad edərik!'

"Amma, əzizim, o zaman artıq gec olacaq! Əgər sən ayağa qalxmağa hazır idinsə, indi qalxardın."

Mənbə: Ayetullah Hairi Şirazinin "Təmsilat" kitabı

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha